Böyük Britaniyanın baş naziri Boris Consona Ukrayna vətəndaşlığının verilməsini və onun ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsini təklif edən petisiya yayılıb.
Pravda.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin saytında bölmə yaradılıb.
Lakin tələb olunan 25 min nəfərdən indiyədək yalnız 70 nəfər petisiyanı imzalayıb.
Bu arada Boris Conson da Zelenskiyə Uinston Çörçill mükafatını verib.