Sosial şəbəkədə Astara rayonunun Səlivə kəndində Vətən müharibəsi qazisi Məlik Məlikovun yaşadığı evin görüntüləri paylaşılıb.
Jurnalist Kamil Həmidovun çəkdiyi və paylaşdığı fotolarda qazinin palçıqdan hörülmüş balaca daxmada ailəsi və atası ilə birgə yaşadığı bildirilir. Ölkə başçısının 3 medalla təltif etdiyi qazi ev deyilməsi mümkün olmayan tikilidə yaşayır. Dövlət qurumlarının nümayəndələri və məmurlar qaziyə kömək etmədikləri üçün sosial şəbəkə istifadəçilərinin qınağına tuş gəliblər. Vətən müharibəsi iştirakçısı Məlik Məlikov Cebhe.info-ya bildirib ki, ona nəinki kömək etməyiblər, hətta öz torpağını da əlindən alıblar:
“Müharibədən qabaq, 3 il öncə ev tikmişəm, yarımçıq qalıb, tikib bitirə bilməmişəm. “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşam. İcra nümayəndəsi, bələdiyyə mənim torpağımı əlimdən alır, evi əmimin həyətində tikmişəm. İcra Hakimiyyətindən heç kim qapımı açmayıb. Sizin sayta açıqlamada deyiblər ki, mən ikimərtəbəli ev tikirəm. Gəlib, görsünlər ki, mənim villam necədir”.
Xatırladaq ki, məsələ ilə bağlı Astara rayonu Səlivə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri ilə əlaqə saxlamışdıq. Onlar saytımıza paylaşılan evin qazinin atasına məxsus olduğunu bildirmişdilər. Kənd icra nümayəndəsi Əbülfəz Qüdrətov qazinin əlilliyi olmadığı üçün əlillik təyin olunmadığını və işsiz olduğunu vurğulayıb: