Buzovna qəsəbəsinin sahilləri və xüsusilə də zəbt edilən Buzovna qayaları sözün əsl mənasında azadlığına qoşuşur. Artıq qayalıqlarda tikilən bəzi qanunsuz obyektlər sökülüb. Buzovna qəsəbəsi sakinləri sevinir, amma onları hələ də üzən başqa səbəb var. Onlar iddia edirlər ki, bir tərəfdə bu obyektlər sökülsə də, yaxınlıqda olan digər tərəfdə tikinti işləri aparılır.
Qanunsuz obyektlər sökülür. Qayalar sözün əsl mənasında azadlığına qovuşur.
Bura Xəzər rayonu, Buzova qəsəbəsi sahilləridir. Ölkə başçısının da dünən dediyi kimi, Buzovnada tarixə və təbiətə qarşı törədilmiş cinayət aradan qaldırılır.
Hazırda ölkə başçısının tapşırığına uyğun olaraq, bütün ölkə üzrə, o cümlədən Abşeron yarımadasında sahilboyu ərazilərdə qanunsuz zəbtetmə halları araşdırılır. Qanunsuzluqlar müəyyən edilən kimi adekvat addımlar atılır