Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda bir yumruqla adam öldürən şəxslə bağlı QƏRAR

1 044
Paylaş:
Bakıda bir yumruqla adam öldürən şəxslə bağlı     QƏRAR

Bakı Apellyasiya Məhkəməsində tanışını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Rəhman Əzimovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.


Qeyd: Hadisə 2021-ci il noyabrın 27-də paytaxtın Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.


İttihama görə, 1964-cü il təvəllüdlü Rəhman Əzimov tanışı, 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevi marketin qarşısında yumruqla vuraraq öldürüb.


Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rəhmanb Əzimov Məhəmmədi öldürmək niyyəti ilə vurmadığını deyib. Hadisədən əvvəl Məhəmmədin kafedə onu Rövşən adlı şəxsin yanında təhqir etdiyini deyən təqsirləndirilən şəxs mübahisənin daha sonra yaxınlıqdakı marketin önündə davam etdiyini söyləyib.


Məhkəmənin hökmü iləRəhman Əzimov 9 il 6 ay müddətinə həbs cəzası verilib. Bu hökmdən məhkum narazı qalaıb və apellyasiya şikayəti verib.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər