Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Gəncədə qayınatasını bıçaqlayan kürəkən məhkəmə qarşısında

951
Paylaş:
Gəncədə qayınatasını bıçaqlayan kürəkən məhkəmə qarşısında

Gəncədə qayınatasını bıçaqlamaqda təqsirləndirilən Mehmandar Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Hadisəbu ilin fevralında Gəncə şəhərinin Natəvan qəsəbəsində qeydə alınıb. 48 yaşlı Əkbər Həsənov kürəkəni 25 yaşlı Mehmandar Babayevlə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Bu zaman kürəkən qayınatasına bıçaq zərbələri vurub. Yaralı yaxınlarının köməkliyi rlə xəstəxanasına çatdırılıb.


Zərərçəkmişin həyat yoldaşının sözlərində görə, qızını, kürəkənini və qudasını evlərinə qonaq çağırıblar. Qohumların arasında mübahisə azyaşlı uşağın yerə yıxılması üstündə olub. Davadan sonra Mehmandar Babayev iki azyaşlı uşaqlarını qayınatasıgildən götürüb evlərinə getmək istəyib. Əkbər Həsənov balta ilə kürəkənin qorxutmaq istəyib.


Hadisəni törədən şəxs Gəncə Şəhər Baş Polis İdarənin Kəpəz Rayonun Polis İdarənin əməkdaşları tərəfində saxlanılıb.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər