Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Xəzər dənizi vasitəsilə səyahət edə biləcəyik – Deputat açıqladı

1 056
Paylaş:
Xəzər dənizi vasitəsilə səyahət edə biləcəyik –          Deputat açıqladı

“Xəzər dənizində gəmi turizminin inkişafı ilə bağlı artıq xeyli müddətdir müzakirələr gedir. Nəzərə alsaq ki, pandemiyadan əvvəl bu sahədə müzakirələr intensivləşmişdi. Lakin pandemiya praktik olaraq bu layihələrin reallaşmasına imkan vermədi”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Vüqar Bayramov iqtisadçı-ekspert Eyyub Kərimlinin Bakı-Quba yolunun təmiri ilə əlaqədar yaranan çətinliklərə görə gəmi nəqliyyatından istifadə olunması təklifinə münasibət bildirərkən deyib.

Vüqar Bayramov: “Bu, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı  anlamına gəlir” Pravda.az

Deputatın sözlərinə görə, yalnız Xəzər-Azərbaycan hövzəsi deyil, eyni zamanda Xəzəryanı ölkələr arasında da dəniz turizminin inkişafı müzakirə olunub: “Qazaxıstanla bu istiqamətdə intensiv danışıqlar aparılırdı. Burda da xüsusi yanaşma ondan ibarət idi ki, məhz ölkəyə gələn turistlər gəmi vasitəsilə bir neçə Xəzəryanı ölkədə olmaq imkanı qazanacaqlar. Bu da, sözsüz ki, turizmin inkişafına töhfə verəcək. Təbii ki, eyni zamanda ölkə daxilində turizmin inkişafı üçün dəniz turizmi vacib istiqamətlərdən biri kimi xarakterizə olunur. Pandemiya bu sahədə müzakirələrə və layihələrin reallaşmasına neqativ təsir göstərdi. Xüsusən son həftələr yoluxma sayının artması nəticədə bu layihələrin reallaşmasını zaman baxımından müəyyən qədər yubadır. Bütövlükdə, dəniz turizminin, gəmi nəqliyyatının inkişafı, xüsusən də Xəzəryanı ölkələr arasında bu turizm növündən istifadə edilməsi gündəmdədir. Gözlənilir ki, post-pandemiya dövründə məsələ daha da aktual olacaq və bu istiqamətdə artıq real addımlar atılacaq”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər