BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə XİN bəyanat yaydı

BMT Baş Assambleyasının Prezidenti və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahidin Ermənistana səfəri çərçivəsində qondarma “soyqırımı abidəsini” ziyarət etməsi başa düşülmür.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

 

Bildirilib ki, BMT Baş Assambleyasının prezidenti kimi tərəfsiz bir vəzifəni icra edən biri diqqətli olmalı və məsuliyyətli davranmalı idi.

 

Qeyd olunub ki, BMT səlahiyyətli orqanlarını təmsil edən şəxslərin 1948-ci il tarixli BMT “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiya başda olmaqla, beynəlxalq hüququn norma və qaydalarına uyğun davranmaları lazımdır.

 

“Tarixi faktlar və beynəlxalq hüququn siyasi manipulyasiya ilə təhrif edilməsi cəhdlərini qınayır və rədd edirik. Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətlərin tam, adil və dürüst çərçivədə müzakirə edilməsi qənaətindədir”.

Tarix: 27 İyul 2022, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin