Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Grand-mart”a cərimə protokolu yazıldı

767
Paylaş:
“Grand-mart”a cərimə protokolu yazıldı

Bakıda tanınmış marketə cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, “Grand-mart” MMC barəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.


Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
 

İddia hakim Azər Tağıyevin icraatına verilib.
Məhkəmə iclası avqustun 4-nə təyin edilib.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər