“Buta Farm” MMC-yə daha bir cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elnur Nuriyevin icraatına verilib.