“Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası” Publik Hüquqi Şəxsə cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, xəstəxana barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 538.1-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.