“Azərişıq” ASC-yə daha bir cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İddia hakim Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd: Daha əvvəl “Azərişıq” ASC-yə eyni xətaya görə bir neçə dəfə cərimə protokolu yazılmışdı.
Kamal Məmmədov