Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Balakəndə kişi 21 yaşlı arvadını niyə öldürdü? - TƏFƏRRÜAT

979
Paylaş:
Balakəndə kişi 21 yaşlı arvadını niyə öldürdü? -       TƏFƏRRÜAT

Balakəndə 21 yaşlı qadının qətl hadisəsinin təfərrüatı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Elton Layicov bıçaqlayaraq öldürdüyü 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızı rəsmi olaraq nikahda olmayıb.

Onlar bir neçə il imiş ki, ailə həyatı qurublar. Son günlər isə Elton qadını qısqanmağa başlayıb. Buna görə cütlüyün aralarında bir neçə dəfə ailədaxili mübahisələr düşüb. Daha sonra Emilya Əbdürəhmanova həyat yoldaşından küsərək atası evinə gedib. Lakin Elton yenə də onu qısqanmağa davam edib.

Məlumata görə, əri qadını başqa kişi ilə danışdığından şübhələnib. Qanlı hadisə də elə bunun üstündə baş verib.

Hadisə günü, yəni iyulun 27-də ər və arvad küçədə yenidən mübahisə edib. Mübahisə zamanı Elton Layicov qadını bıçaqlayaraq hadisə yerindən uzaqlaşıb. Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Emilya Əbdürəhmanova orada ölüb.

Daha sonra Elton Layicov şübhəli şəxs qismində tutulularaq istintaqa cəlb edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər