"Ermənistan hərbçilərinin, eləcə də Qarabağ ərazisində olan qanunsuz erməni silahlı birləşmələrin, separatçıların silahlı təxribatları sülh istiqamətində gedən danışıqlar üçün daimi təhdid və təhlükə mənbəyidir. 10 noybar 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, erməni silahlı birləşmələri Qarabağ ərazisini tamamilə tərk etməli idilər. Lakin biz indi görürük ki, İrəvan bu prosesi hər cür ləngitməyə çalışır. Cəmi bir neçə həftə bundan əvvəl ilk dəfə olaraq Ermənistan rəsmiləri Azərbaycan ərazisində, yəni Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus müqaviləli xidmət edən hərbçilərin olması faktını etiraf etdilər".
Bunu Pravda.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.