BURADA REKLAMINIZ OLA
BİLƏR

Çin lideri Baydenə xəbərdarlıq etdi: “Odla oynayan özünü yandıracaq”

Çin Sədri Tayvanın işlərinə xarici müdaxilənin qəti əleyhinə olduğunu deyib.

 

Bu barədə Çin Sədri ABŞ Prezidenti ilə telefon danışığında bildirib.

 

Onun sözlərinə görə, Tayvan məsələsində Çin hakimiyyəti və xalqını eyni mövqe nümayiş etdirir.

 

“1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır. İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür”, - deyə Çin lideri bildirib.

Tarix: 28 İyul 2022, 22:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin