Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Sülhməramlıların mandatı uzadıldı

1 186
Paylaş:
Sülhməramlıların mandatı uzadıldı

BMT-nin Kiprdəki sülhməramlı missiyasının mandatı gələn ilin yanvarına qədər davam edəcək.

Təhlükəsizlik Şurası üzvləri mandatın iyulun 31-dən gələn il yanvarın 3-dək uzadılmasına qərar verib.

Şuranın hazırkı sədri, Braziliyanın BMT-dəki səfiri Ronaldo Kosta Filyo Böyük Britaniya tərəfindən hazırlanan qətnamə layihəsinin bütün üzvlərin təsdiqindən sonra yekdilliklə qəbul edildiyini bildirib.

Qeyd edək kli, BMT-nin Kiprdəki sülhməramlı qüvvələri 1964-cü ildə Təhlükəsizlik Şurasının qərarı ilə 796 hərbçi və 65 polis əməkdaşından ibarət qüvvə ilə yaradılıb.

Report

Paylaş:

Ən son xəbərlər