Bu gün Gürcüstan ərazisində 4,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ Azərbaycan-Gürcüstan sərhədində Samux ərazisində də hiss edilib. Bəs qonşu ölkədə baş verən bu zəlzələ ölkəmizdə yaxın vaxtlarda təkrarlana bilərmi? Zəlzələlərin tədqiqatı bürosunun rəisi Səidə İsmayılova ''xəzər Xəbər''ə bildirib ki, bu ilin altı ayı ərzində Azərbaycanda seysmiklik artıb.
Gürcüstanda Azərbaycanla sərhədin yaxınlığında iki zəlzələ baş verib. Zəlzələ Azərbaycan ərazisində də hiss edilib.
Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin məlumatına görə, baş vermiş hər iki zəlzələnin maqnitudası 4 və 4,3 bal təşkil edib. Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.