Göygöldə 20 yaşlı gənci öldürməkdə təqsirləndirilən Cəlal Apiyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, topalanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi Dadaş İmanovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası avqustun 10-na təyin edilib.
Qeyd: Bu il fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Kamal Məmmədov