Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Üzərində tapança gəzdirən “Zek”ə hökm oxundu

848
Paylaş:
Üzərində tapança gəzdirən “Zek”ə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq silah gəzdirmədə təqsirləndirilən Fərid Şirinovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçiirlən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən məhkum narazı qalın və apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd: 2021-ci ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Şirinov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Paylaş:

Ən son xəbərlər