Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların başlıca amalı Azərbaycan vətəndaşına yüksək səviyyədə xidmət etməkdir" - RƏY

862
Paylaş:
"Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların başlıca amalı Azərbaycan vətəndaşına yüksək səviyyədə xidmət etməkdir" -         RƏY

“Möhtərəm Prezidentimizin Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin təkmilləşdirilərək Elm və Təhsil Nazirliyinin yaradılması ilə bağlı verdiyi fərman ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirildi. Artıq hər kəsə məlumdur ki, cənab Prezident İlham Əliyev son illərdə bütün sahələrdə əsaslı islahatlar həyata keçirir. İslahatların başlıca amalı Azərbaycan vətəndaşına yüksək səviyyədə xidmət etməkdir. AMEA ilə bağlı verilən qərar da, Elm və Təhsil Nazirliyinin qurulması da məhz buna xidmət edir. Sözsüz ki, hər hansı zərurət olarsa, AMEA ilə bağlı yeni fərman və sərəncamlar ola bilər. Möhtərəm Prezidentimizin imzaladığı fərman və sərəncamlar limitli deyil. Fərmanda da qeyd olunduğu kimi, işlərin tamamlanması üçün AMEA-ya, eləcə də Elm və Təhsil Nazirliyinə müəyyən vaxt verildi. Bir sözlə, ictimaiyyət bu qərarı müsbət qarşıladı. Biz də cənab Prezidentin hər bir addımını alqışlayırıq. Onun tapşırığını, əmrini yerinə yetirməkdə əlimizdən gələni etməyə hazırıq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Azərbacan XXI əsrin III minilliyində yaşayan müzəffər dövlətdir: “Elm və texnologiyalar əsridir. Dünyada elm o qədər inkişaf edir ki, Azərbaycanın da bu sahədə inkişafı vacibdir. Ona görə də bu gün AMEA-nın təkmilləşdirilməsi, ciddi islahatların həyata keçirilməsi zəruri idi. Cənab Prezident də günün nəbzini, tələbatını, çağırışlarını nəzərə alaraq AMEA-da belə bir dəyişikliklə bağlı sənəd imzaladı”.

M.İbrahimqızı AMEA-dakı islahatların “5-ci kolon”un dayaqlarının sıradan çıxarması barədə yayılan iddialara da münasibət bildirib: “İndiyə qədər bütün sahələrdə islahatlar aparılıb. AMEA məsələsi çoxdan gündəmdə idi. Cənab Prezident sonuncu dəfə AMEA-nın iclasında da qeyd etmişdi ki, Akademiya Azərbaycan elminə praktik olaraq töhfə verməlidir. Elmlər Akademiyasının əldə etdiyi nailiyyət Azərbaycan elmində görünməlidir. Azərbaycan milli elmi təcrübədən göstərməlidir ki, elmi nailiyyət, doğrudan da, həqiqi mənada nailiyyətdir. Elmi nailiyyət təcrübədə uğurlu olmursa, o, nəzəriyyədir, fərziyyədir. Ona görə də möhtərəm Prezidentimiz bu mükəmməl fərmanla AMEA-da ciddi islahatlar aparılması qərarını verdi”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər