Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Azərbaycanda qıza görə həmyerlisini öldürən məktəbliyə 10 il HƏBS

1 068
Paylaş:
Azərbaycanda qıza görə həmyerlisini öldürən məktəbliyə       10 il HƏBS

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə qətl törətməkdə təqsirləndirilən İlkin Nəzərovun məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə bu ilin fevralında Tərtər şəhərində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü İ.Nəzərov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 2001-ci il təvəllüdlü Elgün Qurbanlını bıçaqlayaraq qətlə yetirib.

Daha sonra İ.Nəzərov saxlanılaraq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İ.Nəzərov hadisə zamanı Tərtər şəhəri 2 saylı tam orta məktəbin 11 sinfində təhsil alırdı.

O, məhkəmədə ifadə verərkən bildirib ki, E.Qurbanlı 10-cu sinifdə oxuyan sevgilisi Səbinə Qaraşovaya (ad, soy adı şərti) söz atıb, ona nalayiq sözlər deyib:

“Səbinəni ötürdükdən sonra evimizə getmək istəyərkən əvvəllər qiyabi tanıdığım, üzdən kim olduğunu bilmədiyim, sonradan adının Elgün Qurbanlı olduğunu bildiyim şəxs mənə yaxınlaşdı. O, “bir də bu ərazidən keçmə, sənin üçün yaxşı olmaz” söylədi. Mən də Elgündən oradan niyə keçməyəcəyini soruşdum. Elgün Qurbanlı mənə “bura qız arxasınca gəlirsən? Sən Səninəni sevirsən?” - deyə soruşdu. Səbinədən xoşumun gəldiyini, lakin mən küçə ilə qızın arxasınca getədiyimi qeyd etdim. Daha sonra Elgüngilin evinin qarşısından söhbət edə-edə bir qədər uzaqlaşdıq. Yolda gedərkən o, məndən hansı məktəbdə oxuduğumu, harada yaşadığımı və digər məsələləri soruşdu. Mən də Elgünün suallarına cavab verdiyim zaman həmin şəxsin adının Elgün olduğunu bildim və bundan sonra Səbinə ilə münasibət yaratmağa çalışan və qıza nalayiq sözlər deyənin bu şəxs olduğunu təxmin etdim. Yolda söhbət edərək gedərkən Elgün yumruqla mənim ağızımdan vurdu. Lakin mən ona heç bir müqavimət göstərmədim. Oradan yenə də keçəcəyimi və onun mənə mane ola bilməyəcəyini bildirdim.

Bir müddət irəlilədikdən sonra Tərtər şəhəri, C.Məmmədquluzadə küçəsində asfalt səthdən torpaq yola keçdikdən sonra dayanaraq mübahisə etməyə başladıq. Mübahisə zamanı Elgün mənə yenidən sifət nahiyəmdən yumruq zərbəsi endirdi, ünvanıma söyüşlər işlətməyə, ailə üzvlərimi və özümü nalayiq ifadələrlə təhqir etdi. Təxminən 20-25 dəqiqə onunla mübahisə etdikdən sonra Elgün yenə də məni təhqir etməyə davam edirdi. Sonra cibimdən bıçağı çıxardıb, onun qarın nahiyəsinə iki dəfə ard-arda xəsarət yetirdim. Elgün Qurbanlı bu zaman aldığı xəsarətləri görərək gəldiyimiz istiqamətə qaçmağa başladı. Mən də ara yoldan irəliləyib oradan uzaqlaşdım”.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər