Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Qızlarımızın sayı kəskin şəkildə azalarsa, oğlanlarımız başqa dinə, əqidəyə sahib insanlarla ailə həyatı quracaqlar”

1 026
Paylaş:
Deputat: “Qızlarımızın sayı kəskin şəkildə azalarsa, oğlanlarımız başqa dinə, əqidəyə sahib insanlarla ailə həyatı quracaqlar”

“Abort etdirməyin əleyhinəyəm, çünki uşaq Allahın insanlara bəxş etdiyi paydır. Allahın bəxş etdiyi bu payı isə o, hələ bətndəykən məhv etmək cinayətdir. Mən,  eləcə də bir çox depuat həmkarım bununla bağlı bir neçə dəfə fikrimizi səsləndirmişik. Bildirmişik ki, belə hallara qarşı müəyyən cəzalar tətbiq olunmalı, məhdudiyyətlər qoyulmalıdır. Əlbəttə, istisna olaraq hamiləlik dönəmində müəyyən xəstəliklər və digər problemlərlə üzləşən qadınlara abort olunmağa icazə verilməlidir. Yəni ananın həyatı təhlükə altındadırsa və dünyaya uşaq gətirmək ixtiyarına malik deyilsə, o, abort oluna bilər.”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, cinsiyyət ayrseçkiliyi edərək bətndə sağlam şəkildə yetişən uşağı məhv etmək həm bu gün ölkədə olan mövcud vəziyyətə, həm də İslam dininə ziddir: “Belə abortların artacağı təqdirdə insanlarımız gələcəkdə çox çətin vəziyyətlə üzləşə bilər. İldən-ilə bu məsələ ciddiləşir və ölkədə abortların sayı artır. Bizim gənc valideynlərimiz, eləcə də uşağı olan qadınlarımız daha çox oğlan uşağı istəyirlər. Ancaq bu qeyri-bərabərlik və balansın pozulması deməkdir. Bir neçə ildən sonra qızlarımızın sayı kəskin şəkildə azalarsa, oğlanlarımız məcbur qalıb başqa dinə, əqidəyə sahib insanlarla ailə həyatı quracaq. Bu da azərbaycançılıq üçün yaxşı hal sayıla bilməz. Vaxtilə Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev kimi böyük dahilərimiz bu barədə ciddi fikirləşirdilər. Onlar deyirdilər ki, qızlarımızı mütləq oxutmalı, savadlı etməliyik. Qızlarmız savadlı yetişməlidirlər ki, Rusiyada, eləcə də digər Avropa ölkələrində oxuyan gənclərimiz ölkəyə qayıdarkən qarşılarında mədəni, savadlı xanım görsünlər. O vaxtı bildirirdilər ki, qadınlarımız savadsız, mədəni səviyyədə aşağı olduqlarına görə ziyalı, savadlı, təhsilli oğlanlarımız başqa millətlərdən olan qızlarla ailə həyatı qururlar. İndi bir vətəndaş və ağıllı insan kimi gənclərə bu barədə yaxşı fikirləşməyi tövsiyə edirəm. Övladın hər biri şirindir, istər oğlan olsun, istərsə də qız. Bu gün qadınlarımızın, qızlarımızın keçdiyi həyat yolu, onların ailəyə, ataya, anaya, vətənə, xalqa sədaqəti göstərir ki, qızlarımız heç də oğlanlarımızdan geri qalmırlar. Onlar həyatın bütün sahələrində özlərinin nəcibliyi, qabiliyyəti ilə seçilirlər. Ona görə də bətndəykən onların həyatına son qoymaq insanlığa xas olan hərəkət deyil”.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər