Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Həkimdən vacib açıqlama: “Uşağın cinsiyyətini 8-ci və 9-cu həftə aralığında dəqiq şəkildə müəyyən etmək olur”

1 346
Paylaş:
Həkimdən vacib açıqlama: “Uşağın cinsiyyətini 8-ci və 9-cu həftə aralığında dəqiq şəkildə müəyyən etmək olur”

“Cinsiyyət ayrıseçkiliyi ilə bağlı vəziyyəti normal hal hesab etmədiyim üçün  mənə selektiv abortlarla əlaqədar müraciət etmirlər. Uşağın cinsiyyəti ultrasəs müayinəsi ilə 12-ci həftədən sonra məlum olur. Bu müddətdən sonra isə abort etdirmək qadağandır. Əlbəttə ki, qanunu əsas tutan həkimlər bunu etmirlər. Amma biz yenə də eşidirik ki, haradasa kimlərsə ultrasəsə baxaraq uşağın cinsiyyətini müəyyən etdikdən sonra abortlar edirlər. Ultrasəslə uşağın cinsiyyətini demək onsuz da qadağandır, amma bununla bağlı cəzalar artırılsa belə, qarşısını almağın mümkün olacağına inanmıram. Bu gün Azərbaycanda oğlan uşaqlarının qız uşaqlarına nisbətdə çox doğulmasının bir nömrəli səbəbi də məhz budur. İndi cinsiyyətin müəyyənləşməsi yalnız ultrasəs müayinəsi ilə deyil, bəzi xromosom analizlər vasitəsilə də mümkündür. Ananın qanı vasitəsilə analizlərə baxmaqla uşağın cinsiyyətini tam dəqiq şəkildə artıq 8-ci və 9-cu həftə aralığında müəyyən etmək olur. Analizlərin qiyməti 650 manatdır. Bu isə artıq qanuni abort həftələri sərhədindədir. Əlbəttə ki, həmin analizlərlə cinsiyyətin deyilməsi əks göstərişdir, amma bunu deyirlər və əminəm ki, cinsiyyəti öyrəndikdən sonra abort edən insanlar olur”.

Bunu Pravda.az-a açıqlamasında həkim-ginekoloq Rəşad Sultan deyib.

R.Sultan qeyd edib ki, Azərbaycanda oğlan uşaqlarının qız uşaqlarına nisbətdə çox doğulmasının digər bir səbəbi süni mayalanmadır: “Süni mayalanmada rüşeym ana bətninə köçürülmədən əvvəl bədəndən kənar mayalanma laborotoriyada əldə edilir. O, 3-5 gün sonra ana bətninə köçürülür. Həmin dövrdə bir rüşeym hüceyrəsini götürüb xromosomlara baxaraq uşağın cinsiyyətini dəqiqləşdirmək olur. Hamı bilir ki, sırf cinsiyyətə görə süni mayalanma etdirənlər var. Onlar qızları bir kənara qoyaraq, oğlan rüşeymi köçürüb oğlan övladı sahibi olurlar. Bunun da faizi günü-gündən artır. Əsas səbəblərdən biri də budur və buna görə də süni mayalanma ilə uşaq sahibi olmanı nəzərdən qaçırmamaq lazımdır”.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər