“Cənab Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarının yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi alqışlanmalıdır. Bu, elmlə təhsilin birləşməsini təmin edəcək. Nəhayət, həm nəzəri, həm praktiki biliklərin əldə edilməsi mümkün olacaq və bütün proseslər kordinasiyalı şəkildə həyata keçiriləcək. Bunlarla yanaşı xarici təcrübəni nəzərə alaraq universitetlərdə, yəni Elm və Təhsil Nazirliyində müdafiələrin həyata keçirilməsi, diplomların verilməsi prosesinin daha da sadələşdiriliməsi çox yaxşı olardı. Belə olacağı təqdirdə Ali Attestasiya Komissiyası yalnız universitetlərdə aparılmış tədqiqatları, müdafiələri son anda ekspertiza edib təsdiqləmiş olacaq. Hazırda tədqiqatla məşğul olan gənc alimlərimiz yalnız sənəd yığmaqla məşğul olurlar, çox əziyyət çəkirlər. Nəticə etibarilə proses uzandıqca elmə gələn insanlar həvəsdən düşürlər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.