ABŞ Konqresi avtomat və yarımavtomat silahların qadağan edilməsinə dair qanun layihəsini ilk oxunuşda qəbul edib.
Qanun layihəsi 217 səs lehinə, 213 səs əleyhinə olmaqla qəbul edilib. Lakin layihənin Senatdan keçəcəyi ehtimalı azdır. Bunun üçün 50 demokratla yanaşı azı 10 respublikaçı layihənin lehinə səs verməlidir.