Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda nənəsini xüsusi amansızlıqla öldürən nəvə məhkəmə qarşısında

897
Paylaş:
Bakıda nənəsini xüsusi amansızlıqla öldürən nəvə məhkəmə qarşısında

Bakıda nənəsini qətlə yetirməkdə təqsirləndirilən Murad İmanovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, topalanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.


Qeyd: Bu il aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil oub.


Aparılan araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər