Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İlahiyyatçı: “Ola bilər, simvolik olaraq zəncir qaldırılsın, sinəyə, dizə vurulsun”

1 156
Paylaş:
İlahiyyatçı: “Ola bilər, simvolik olaraq zəncir qaldırılsın, sinəyə, dizə vurulsun”

“Bu gün Məhərrəm ayının birinci günüdür. Əsrlərdir Azərbaycan xalqı, dünya müsəlmanları, eyni zamanda qeyri-müsəlmanları bu hadisənin ciddiyyətinə, mahiyyətinə biganə qalmayıblar. Fikirlərim beynəlxalq fikirlərdir. Cılız, bəsit düşüncə tərzi mənə görə absurddur. Dünya bilir ki, Allah Rəsulunun 72 nəfərdən ibarət ailə üzvləri minlərlə ordu tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildilər. Bu hadisə barəsində dahilər də yazır. Qiyamətə qədər də yazılsa, bitəsi, ört-basdır olunası məsələ deyil. İllərlə Məhərrəm ayı ilə bağlı çox mürəkkəb fikirlər səsləndi. Mənim yanaşma tərzim fərqlidir. Məhərrəm ayı həqiqətən mahiyyəti böyük bir faciədir. Bu barədə çox böyük şəxsiyyətlər fikir bildiriblər. Azərbaycan ədəbiyyatında, klassikasında da bu fikirlərə rast gəlmək olur. Bəzi insanlar isə bu matəmi cılızlaşdırmaq, qərəzli şəkildə Kərbəla hadisəsinin üstündən keçmək istəyirlər. Bəziləri də Məhərrəm ayını hüzn ayı kimi dəyərləndirir, amma xüsusi hüzn məclislərində emosional  addımlar atırlar. Hansı ki, bunlar islam dininin göstərişi deyil, fərdi insaların davranışlarıdır...”

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Təyyar Hüseynli deyib.

O bildirib ki, fərdi insanların davranışlarını Məhərrəm ayının fəlsəfəsinə, mahiyyətinə, islam ideologiyasına aid etmək olmaz: “Bunlar tamam fərqli məsələlərdir. Kərbəla hadisəsinə kölgə salmaq, ucuzlaşdırmaq, gözdən salmaq üçün kiminsə fərdi şəkildə hər hansı bir yerdə atdığı addımların Kərbəla hadisəsinə, Məhərrəm ayına heç vaxt aidiyyəti ola bilməz. Məhərrəm ayında xüsusilə özünü döymək, ciddi və ya yüngül xəsarət yetirmək, zəncir, başlarına xəncər vurmaq hazırkı böyük islam alimlərinin ideoloji protokollarında, göstərişlərində qadağa olunub. Ola bilər, hüzn məclisində simvolik olaraq zəncir qaldırılsın, sinəyə, dizə vurulsun. Bunlar artıq  tamam başqa mövzulardır. Biz bildiyimiz qədər deyil. Sadəcə, cəmiyyətdə gördüklərimiz həddindən artıq istiqamətindən çıxmış formadadır”.

Təyyar Hüseynli Məhərrəm ayında çimərliyə gedənlərin cəhənnəmdə cəzalanacaqları barədə səsləndirilən fikirlərə də münasibət bildirib: “Çimərliklə bağlı fikrim bütün sosial platformanı alt-üst elədi. Deyək ki, milyonlarla insanın minimum 95%, hətta deyərdim 99,9%-i fikirlərimi dəstəklədi. Çimərlik və Məhərrəm ayı məsələsi isə ayrı-ayrı mövzulardır. Məhərrəm ayı başqa dərin mövzudur. Bunları qarışdırmaq lazım deyil. Çimərlik də qalıb camaatın qeyrətinə. Məhərrəmlikdə, ya qeyri-Məhərrimlikdə. Çimərliyə yayda gedirlər. Məhərrəmlik ayı da bu il gəlib yaya düşüb. Onsuz da, Məhərrimliyi başa düşən-düşməyən də bir başqa kütlədir. Çimərlikdə abır-həya, namus-qeyrət məsələsini başa düşən-düşməyən də tamam başqa mövzudur. Allaha günah etməyin cəzası var. Bağışlanmağı da var. Məhərrəm ayında isə 30 min nəfərə yaxın müsəlman doğru söz eşitmədi, söz qanmadı, İmam Hüseynin, peyğəmbər nəvəsinin özünə deyil, Yezidin fitnələrinə, hiylələrinə, o dövrə görə doğru bildikləri yanlışlara görə bu dünyada və axirətdə bədbəxt oldular. Bu gün insanlardan xahiş edirəm, sözlərimə qulaq assınlar. Vallah, billah, nəsə bilirəm ki, deyirəm. Günlərini, aylarını, illərini boş-boşuna yaşamasınlar. Mən realist adamam. Bu sahədə də 31 ilimi keçirmişəm. Hər cür insan görmüşəm. Hadisələrə dəyərli, kübar, içdən, səmimi, ciddiyyətlə, müsbət təfəkkür tərzi ilə yanaşmağı xahiş edirəm...”

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər