Mixeil Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasını (VMHP) tərk edir.
Pravda.az xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib.
Vəkil Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsinin səbəbini onun həyat təhlükəsizliyi ilə əlaqələndirib: “Mixeil Saakaşvilinin siyasi resursu tükənib. Onun indi əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox, onun həyatından gedir”.