BURADA REKLAMINIZ OLA
BİLƏR

Daxili işlər nazirinə və Dövlət Gömrük Komitəsinin sədrinə töhmət verildi

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkənin daxili işlər naziri Muhammet Xıdırova iradını bildirib.

 

Bu barədə Türkmənistanın “Orient” agentliyi məlumat yayıb.

 

Nazirə Təhlükəsizlik Şurasının iclasında işində yol verdiyi nöqsanlara görə töhmət verilib.

 

Agentlik onu da aydınlaşdırır ki, Muhammet Xıdırov iclasda nazirliyin tərkibinə daxil olan Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin işinin təşkili ilə bağlı hesabat verib.

 

Berdiməhəmmədov Dövlət Gömrük Xidmətinin sədri Maksat Xudaykuliyevə isə son xəbərdarlıqla şiddətli töhmət verib. Prezident ona işdəki nöqsanları tez bir zamanda aradan qaldırmağı tapşırıb.

Tarix: 31 İyul 2022, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin