“Deyirdim axı, mənə “Azərbaycanın Saakaşvilisi” deməyin. Adam həbsdən bəyan edib ki, yaratdığı partiyadan və ümumiyyətlə, Gürcüstan siyasətindən gedir. Məhkəməni udub bəraət qazanmaq ağlına gəlmədi. İnsafən, bəlkə də sağlamlıq problemi var. Sağlamlığıma isə həbs çox da təsir etmədi, amma Avropa tarixində görünməmiş hüquqi qələbəmdən sonra hakimiyyətin sifarişi ilə üzərimə edilən hücum az qalmışdı mənim də sağlamlığımı sarsıtsın”.
Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.