İranın iki sərhədçisi Qərbi Azərbaycan əyalətinin Salmas sərhəd rayonundakı ərazidə patrul xidməti apararkən həlak olub.
Pravda.az xəbər verir ki, Qərbi Azərbaycan Vilayəti Sərhəd Mühafizə Komandanlığının ictimaiyyətlə əlaqələr şöbəsi məlumatı təsdiqləyib. Qeyd edilir ki, İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Salmas rayonunun sərhəd alayının iki əsgəri patrul xidməti apararkən həlak olub.