“Guya bunlar ancaq xiyar-çörək yeyib də. Orda bişən qazan-qazan özbək aşı, qutab, kətə, dolma, kababa heç kəs yaxın durmayıb da. İndi təbiət hadisəsi olub, çətinlik yaşanıb, bunu bildik. İcra başçısı da gecəyarı gəlib əlindən gələni edib. Daha buna görə o boyda tədbirin üstündən xətt çəkməyin də. O festivalda neçə ölkənin nümayəndələri də iştirak etdi. Heç birindən bir narazılıq eşitmədik...”
Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.