BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi bu şirkəti də cərimələdi

“RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.


Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.


İddia hakim Rauf Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov 

Tarix: 1 Avqust 2022, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin