Deputatların maaşı 61%-dən çox artıb.
Pravda.az xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov deyib.
“Nəhayət ki, barəsində eşitdiyimiz, amma gizlin saxlanılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik dərc olundu və üzünü gördük. Deputatların maaşının artırılması haqda hesablama apardım (səhv tutan, zəhmət olmasa, bildirsin), dərc edirəm. Qısa nəticə budur ki, bir neçə nəfər istisna olmaqla işləri-gücləri yalnız düymə basmaqdan və bəzən pafoslu çıxışlar etməkdən ibarət olan, hüquqdan və qanundan xəbəri olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatlarımızın xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib:
1. Spiker 5789 əvəzinə 9001,5 manat alacaq;
2. Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat alacaq;