Qəfil ölümə səbəb olan genetik ürək xəstəliklərini müalicə edə bilən peyvənd bir neçə ildən sonra Böyük Britaniyada peyda ola bilər.
Beynəlxalq tədqiqatçılar qrupu qüsurlu genləri redaktə etmək üçün DNT-ni yenidən yazaraq irsi ürək əzələsi xəstəliklərini birdəfəlik yox edən vasitə hazırlayır. Onlar tədqiqatlarını maliyyələşdirmək üçün Britaniya Ürək Fondundan 30 milyon funt sterlinq alıblar.