“ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsinin Tayvana enib-enməyəcəyi beynəlxalq aləmin diqqət mərkəzindədir. Pekin Vaşinqtonu xəbərdar edib ki, Pelosinin təyyarəsinin Çinə adi Tayvana enməsi halında qarşıdurma qaçılmazdır. Bu arada, Çinin lideri Tsi Sinpin beynəlxalq aləmdə gərginliyin artdığına diqqət çəkərək ölkə ordusunun modernləşdirilməsi zərurətini bildirib. Si Cinpin bunu deyərkən Çinin milli təhlükəsizliyinə xarici təhdidlərin varlığına işarə edib. Tsi Sinpin xarici təhdid haqqında danışarkən ilk növbədə Amerika Birləşmiş Ştatlarını nəzərdə tutub. Ancaq Çinin qonşularıyla da münasibətləri normal deyil. Si Cinpin mövcud vəziyyətdə ordunun peşəkar kardrlarla təmin olunması vacibliyini vurğulayıb. Sinpin hesab edir ki, Çin ordusu standartlarını artırmalıdır. Bu hədəfə 5 il çatılması planlaşdırılır. Sinpin “orduya peşəkar kadrlar cəlb olunmalıdır” dedikdə həmin kadrları partiyanın siyasi xəttinə sadiq qalması vacibliyini də sözlərinə əlavə edib. Si Cinpin ordunu nədən moderləşdirməyə və yeni kadrlarla təmin olunması vacibliyini səsləndirib? Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Çinin artan gücü də beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır. ABŞ, Yaponiya, Avstraliya, Hindistan, hətta Vyetnam Çinin artan hədəflərindən narahatdırlar”.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.