Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Məhəmməd İslami: Atom bombası yaratmaq üçün texniki imkanlarımız var

739
Paylaş:
Məhəmməd İslami: Atom bombası yaratmaq üçün texniki imkanlarımız var

İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin belə bir proqram gündəmdə deyil.

Pravda.az-ın məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

O bildirib ki, bu ittihamlar ictimai rəyi aldatmaq üçün edilir: “İran öz yolunu tapıb və öz planları ilə irəliləyir”.

O, İranın Atom Enerjisi Təşkilatı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin qarşılıqlı fəaliyyətinə toxunaraq deyib ki, konstruktiv qarşılıqlı fəaliyyət qurulub və bu qarşılıqlı fəaliyyətdə heç bir pozulma olmayıb: “Çünki bizim bütün imkanlarımız NPT müqaviləsi əsasında Agentliyin nəzarəti altında həyata keçirilir”.

APA

Paylaş:

Ən son xəbərlər