Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“Əl-Qaidə” terror təşkilatının başçısı öldürüldü

892
Paylaş:
“Əl-Qaidə” terror təşkilatının başçısı öldürüldü

“Əl-Qaidə” terror təşkilatının başçısı öldürülüb.

Bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat yayıb.

Ayman əl-Zəvahiri ötən həftə Əfqanıstanda ABŞ tərəfindən keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.

Bildirilir ki, əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, prezident Co Bayden antiterror əməliyyatı ilə bağlı müraciət etmək niyyətindədir.

71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra terror təşkilatına rəhbərlik edirdi.

Paylaş:

Ən son xəbərlər