Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verdi

2 128
Paylaş:
Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verib.

Pravda.az-ın məlumatına görə, Nəsimi Məzi oğlu Şikarov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağrılıb.

Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəsimi Şikarov məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşıdır.

Qaynarinfo

Paylaş:

Ən son xəbərlər