Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Nensi Pelosi Tayvandadır - VİDEO - YENİLƏNDİ

926
Paylaş:
Nensi Pelosi Tayvandadır -   VİDEO - YENİLƏNDİ

Tayvanın paytaxtı Taybeyin Sunşan hava limanında ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosini qarşılama mərasimi keçirilib.

Pravda.az xəbər verir ki, 82 yaşlı siyasətçini Tayvan rəsmiləri qarşılayıb.

***

18:43

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taybeydə enib.

Pelosinin təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar müşahidə edib.

***

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu hərbi təyyarə Tayvanın hava məkanına daxil olub.

Təyyarə yaxın vaxtlarda Taybey şəhərinin Sunşan hava limanında eniş etməlidir.

Çin də Su-35 qırıcı təyyarələrini Tayvan boğazına yönəldib.

Çin Nensi Pelosinin Tayvana səfər edəcəyi təqdirdə buna qarşı sərt cavab verəcəyini açıqlayıb.

Qeyd edək ki, Nensi Pelosi Asiya turu çərçivəsində bundan öncə Malayziyaya səfər etmişdi.

Paylaş:

Ən son xəbərlər