Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

“Qarşıda bizi gərgin fəaliyyət gözləyir” – Adil Əliyev

1 219
Paylaş:
“Qarşıda bizi gərgin fəaliyyət gözləyir” –     Adil Əliyev

“Millət vəkili vəsiqələrimizi aldıq. Bu böyük məsuliyyətdir. Qarşıda bizi gərgin fəaliyyət gözləyir. Cənab prezidentin də söylədiyi kimi, parlament ölkədə aparılan islahatların tərkib hissəsinə çevrilməlidir. Mövcud çağırışlara uyğun qanunlar qəbul etməli, buna qədər qəbul etdiyimiz qanunların isə icrasını və təkmilləşdirilməsini diqqətdə saxlamalıyıq. Neqativ hallarla mübarizədə millət vəkillərinin üzərinə mühüm vəzifələr düşür. Prezidentin də söylədiyi kimi, icra strukturları xalqın mənafeyini hər şeydən üstün tutmalı, xalqın rifahı üçün çalışmalıdırlar”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

A.Əliyev qeyd edib ki, kim fəaliyyətində bu ali prinsipi əlində rəhbər tutmayacaqsa, onlarla mübarizədə millət vəkilləri də prezidentin və dövlətin yanında olacaqlar: “Millət vəkili olaraq əsas vəzifələrimizdən biri də seçicilərimizə bağlı olmaq, vətəndaşlarımızla ünsiyyətimizi yüksək səviyyədə saxlamaqdır. Millət vəkili kimi fəaliyyət göstərdiyim 15 ildə qapım həmişə seçicilərimin üzünə açıq olub, bundan sonra da belə olacaq. Vətəndaşın dərdini dinləməli və millət vəkilinin verdiyi səlahiyyət çərçivəsində onları həll etməyə çalışmalıyıq.

İştirak etdiyimiz beynəlxalq konfranslarda və seminarlarda sözümüzü deməliyik, torpaqlarımızı işğaldan azad etmək və işğalçını ifşa etmək üçün nə mümkündürsə onu da etməliyik. Haqq bizim tərəfimizdədir, ona görə də xarici ölkələrdəki görüşlərdə, toplantılarda sözümüzü daha gur səslə deməliyik. Cənab prezident Münhen təhlükəsizlik konfransında uzaq və yaxın tarixdən misallar çəkməklə Ermənistanın baş nazirini necə ifşa etdisə, biz də eyni əzmlə yalan və iftira dilində danışan erməni deputatların və onların havadarlarının yalanlarını ifşa etməliyik.

Xarici ölkələrdəki diaspora fəaliyyətində də millət vəkillərinin üzərinə mühüm vəzifələr düşür. Millət vəkili olaraq xaricdə yaşayan soydaşlarımızla əlaqələri intensivləşdirməli və onların gücləndirilməsi üçün əlimizdən gələni etməliyik. Çünki qarşımızda erməni lobbisi və onların pulla aldıqları siyasi qruplar var ki, daima Azərbaycana qarşı çirkin planlar hazırlayırlar. Bu planların pozulmasında millət vəkilləri Diaspora Komitəsi və xaricdə yaşayan soydaşlaırmızla birgə çalışmalıdırlar.

Azərbaycana qonşu olan ölkələrdə və bölgələrdə vəziyyət stabil deyil, inqilablar, müharibələr baş alıb gedir. Ona görə də dövlət başçısının da dediyi kimi, Azərbaycanın apardığı siyasi kursa alternativ yoxdur. Millət vəkili olaraq prezidentimin, dövlətimin və cəmiyyətimin gücünə inanıram. Bu yolda millət vəkili olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik”.

Paylaş:

Ən son xəbərlər