Azərbaycan səfirliyinə hücum edib, bayrağımızı endirən “Mehdinin xidmətçiləri birliyi” təşkilatının əsas ideoloqları İraq mənşəli Şirazi ailəsi sayılır.
Hazırda onların içində ən nüfuzlu dini xadim Seyid Sadiq Hüseyni Şirazi sayılır.
Sadiq Şirazi 1942-ci ildə Kərbəlada (İraq) anadan olub. O, kiçik yaşlarından dini öyrənmiş və görkəmli şiə ilahiyyatçılarının rəhbərliyi altında təhsilini davam etdirib. Onun əsas müəllimləri arasında atası Mirzə Mehdi Şirazi, böyük qardaşı Məhəmməd Şirazi, həmçinin Məhəmməd Hadi Milani və Məhəmməd Rza İsfahani olub.
Sadiq Şirazinin rəhbərliyi ilə İran, İraq, Suriya, Küveyt və digər ölkələrdə çoxlu təşkilatlar, fondlar və mərkəzlər fəaliyyət göstərir. Kiçik qardaşı Ayətullah Mücatəba Şirazi kimi Sadiq də İranın hakim rejiminə müxalifətdə olub.
Şirazilər mənşəyini Məhəmməd peyğəmbərdən götürən ailədən sayılır və müsəlman dünyasında ilahiyyatçılar arasında nüfuzlu sülalələrdən hesab olunur. Şirazi ailəsinin tanınmış nümayəndələri bunlardır:
- 20-ci əsrin əvvəllərində İranda Britaniya nüfuzuna qarşı mübarizə aparan “Tütünçülük Hərəkatı”nın rəhbəri, Mücəddid (“bərpaçı”) kimi tanınan Məhəmməd-Həsən Şirazi;
- 1920-ci il İraq İnqilabının dini lideri Məhəmməd-Tağı Şirazi (ö. 1920)