“Din pərdəsi arxasında gizlənmiş radikal qrupların Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına hücumu vandalizm aktı və təxribatdır. “Mehdinin xidmətçiləri” adlı radikal qruplaşmanın əli və dili ilə edilən sabotajın hədəfi qalib, müstəqil və tolerant Azərbaycandır. din adından sui-istifadə edən qruplaşmaların vaxtaşırı təxribat cəhdlərini görmüşük. Amma reallıqlar dəyişmir. Gerçəklik isə budur ki, bu cür təxribatlarla Azərbaycanın müstəqil və prinsipial siyasətinə əngəl yaratmaq, ölkəni hansısa güzəştə məcbur etmək mümkün deyil”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə göər, “din” amilindən istifadə edərək ölkə daxilində çaxnaşma, qarşıdurma yarada bilməzlər: “Respublikamızda müxtəlif xalqların nümayəndələri, bütün dinlərin mənsubları sülh, anlaşma şəraitində, mehriban birgəyaşayışa malikdirlər. Vətən müharibəsi zamanı və sonrakı dönəmdə göstərilən birlik, həmrəylik bunun bariz nümunələrindəndir. Sabitlik adasında həmrəylik sarsılmazdır. Azərbaycanın dünya miqyasında tolerant və multikultural imicini zədələmək qeyri-mümkündür. Azərbaycan dövləti tərəfindən, eləcə də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təşəbbüsü əsasında ölkədə və respublikamızın hüdudlarından kənarda tarixi, dini abidələrin inşası, təmiri və bərpası, Azərbaycanda dini, humanitar məsələlərlə əlaqədar forumların, tədbirlərin keçirilməsi və digər amillər bu reallığı təsdiqləyir. Bu hadisədən sonra maraqlı suallar ortaya çıxır: