Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı qaz tədarükünə görə rublla ödənişlərə keçməyə başlamaq barədə razılıq əldə olunub.
Türkiyə lideri bu barədə Soçidən qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə müsahibəsində bildirib.