Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Əli Kərimli: “Azərbaycanın Londondakı səfirliyinə hücum barbarlıqdır”

1 127
Paylaş:
Əli Kərimli: “Azərbaycanın Londondakı səfirliyinə hücum barbarlıqdır”

“Azərbaycanın Londondakı səfirliyinə hücum motivindən asılı olmayaraq barbarlıqdır. Çox yaxşı haldır ki, Azərbaycan xalqının bütün təbəqələri bunu pisləyir”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Toplum.tv-yə açıqlamasında deyib.

“Ölkə daxilində dövlət-vətəndaş  münasibətlərinin gərginləşdirilməsi və müəyyən inanclı insanlara qarşı təzyiqlərin artırılmasına çağırışlar var. Hesab edirəm ki, tam əksinə olmalıdır. Biz azərbaycanlılar dövlət bayrağının endirilərək təhqir olunmasına məyus olmuşuq və hiddətlənmişik. Biz həmin əməlin sifarişçilərini  sevindirməməli, ölkə daxilində hansısa gərginlik yaranmasına  imkan verməməliyik. Dövlət bayrağına olan münasibət bizi bir araya gətirməli, hadisə əlavə gərginlik üçün istifadə edilməməlidir” – Ə.Kərimli qeyd edib.

Paylaş:

Ən son xəbərlər