“Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumda məni ən çox ağrıdan radikal dini quruplaşmanın üzvlərinin bayrağımızı yerə atıb öz dini bayraqlarını qaldırılması oldu. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general polkovnik Əli Nağıyevə müraciət edirəm, Azərbaycanda o dini qruplaşmanın nümayəndələri var, ölkəmi sevən vətəndaş kimi xahiş edirəm ki, onların zərərləşdirilməsini tezliklə həyata keçirəsiniz”.
Pravda.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.