Ermənistanın xüsusi xidmət orqanlarının Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb.
Pravda.az-ın xəbərinə görə, qeyd olunur ki, Yunanıstanın PASOK partiyasının sədri Nikos Andrulakisin telefonları Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənilir.
“Ekathimerini.com”un məlumatına görə, partiyanın sədri qeyd edib ki, onun telefonlarıba xüsusi cihazlar vasitəsilə qulaq asırlar. Nikos Androulakis telefonuna qeyri-qanuni “Predator” casus proqram təminatı quraşdırmaq cəhdi barədə məlumat verib.