Türkiyənin Tekirdağ bölgəsində Mehlika Derici və sevgilisi Selçuk Çetiner əl-ələ verib qayadan özlərini atıblar.
Pravda.az xəbər verir ki, Çerkezöy rayonunda gözəllik salonunun sahibi Mehlika Derici və sevgilisi Çorlu rayonunda fermer işləyən Selçuk Çetiner dünən axşam saatlarında Marmaraereğlisi rayonundakı restoranda dostlarının ad günü şənliyinə qatılıblar.
Burada spirtli içki qəbul edib əylənən Derici və Çetiner daha sonra iki dostu ilə birlikdə rayonun Aşiqlər təpəsinə gediblər.
İddiaya görə, daha əvvəl qısqanclıq zəminində mübahisə edən Derici ilə Çetiner arasında yenidən mübahisə düşüb.