Əfqanıstanın Pəktika vilayətində “Taliban”ın Pakistan qolunun yüksək rütbəli rəhbəri Ömər Xalid Xorasani kimi tanınan Əbdül-Vəli Raqib Mohmandi öldürülüb.
Hadisə onun olduğu avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Nəticədə Xalid Xorasani və onun dörd köməkçisi həlak olub.