Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul etdi - YENİLƏNDİ

765
Paylaş:
İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul etdi -   YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Pravda.az xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb.

Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.

***

18:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Pravda.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xiddməti məlumat yayıb.

Paylaş:

Ən son xəbərlər