Ümumi bahalaşma parçaların qiymətinə də təsirsiz ötüşməyib. Satıcılar deyir ki, son altı ayda parçaların qiymətində böyük həcmdə artım müşahidə olunub. Bu isə, alıcıların sayının azalmasına səbəb olub.
Parça bazarında qiymətlərdə artım təxminən 70 faizədəkdir. Satıcılar deyir ki, buna təsir göstərən amillər əsasən ümumi bahalaşmadır. Karqo qiymətlərində artım, alıcıların sayının azalması bu bazarda ümumi vəziyyəti çətinləşdirir.
Satıcı deyir ki, parçanın metrəsinin qiyməti yerli maldısa, 4.50 qəpik, Çin malıdırsa 3 manat, yox əgər türk malıdırsa 7 manata təklif olunur. Bahalaşma alıcıların sayına mənfi təsir göstərir.